ABŞ-ın təhdidlərinə qarşı xalqımızın ortaq həmrəylini və qərarlılığını ifadə edərək xeyr deyirik.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə parlamentində təmsil olunan AKP, CHP, MHP və İyi Partiyanın fraksiyalarının ABŞ Xəzinə Nazirliyinin iki türk nazirə qarşı tətbiq etdiyi sanksiyaya etiraz olaraq yaydığı bəyanatda bildirilir.

Siyasi partiyaların parlamentdəki fraksiyaları bildiriblər ki, Türkiyə hökumətinin iki nazirinə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara şiddətlə etiraz edirlər.

Qeyd edək ki, ABŞ Türkiyədə həbs edilən amerikalı rahib Brunsonun azadlığa buraxılmamasında “xidmətləri” olan daxili işlər naziri Süleyman Soyluya və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiya tətbiq edib.