BAKI, 14 mart. TELEQRAF

"İşğal nəticəsində dağıdılmış ərazilərin yenidən qurulması prosesini dünya ictimaiyyətinə çatdırmaq üçün bir sıra sessiyaların və əyani tanışlıq turlarının keçirilməsi planlaşdırılır".

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, xarici qonaqlar üçün yaradılacaq bu imkan bölgədəki bərpa işlərini real məkanda görməyə şərait yaradacaq.

A. Quliyev vurğulayıb ki, beynəlxalq auditoriyanın məlumatlandırılması prioritet məsələdir: "Sözsüz ki, bərpa-quruculuq fəaliyyəti ilə bağlı sessiyalarımız bu həqiqətlərin qlobal miqyasda yayılmasına xidmət edəcək. Məhz bu cür platformalar vasitəsilə biz həm mövcud vəziyyəti, həm də görülən işləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışacağıq".