BAKI, 14 mart. TELEQRAF
İraqın paytaxtı Bağdadın mərkəzində, ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Ash-Sharq” telekanalı məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra ABŞ diplomatik nümayəndəliyinin ərazisində hava hücumu siqnalları işə düşüb.
Bildirilir ki, səfirliyin yerləşdiyi ərazi üzərində qalxan tüstü buludları müşahidə olunur.
Hadisənin səbəbi və mümkün zərərçəkənlərlə bağlı hələlik əlavə məlumat verilməyib.