BAKI, 14 mart. TELEQRAF

İran hüquq-mühafizə orqanları ölkənin silahlı qüvvələri ilə bağlı məxfi məlumatları ötürməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər raket və bombaların saxlanıldığı yerlərlə bağlı məlumatları toplayaraq ötürüblər. Bildirilir ki, onlar məxfi məlumatları mobil telefonlarında saxlayıblar.