BAKI, 14 mart. TELEQRAF

İranın elit hərbi birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrail hərbçilərinin yerləşdiyi yerlər barədə məlumat toplamaq üçün Telegram platformasında xüsusi bot yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, bot Fars körfəzi ölkələrinin sakinləri üçün nəzərdə tutulub və istifadəçilərdən ABŞ və İsrail hərbçilərinin yerləşdiyi yerlərlə bağlı məlumat göndərmələri xahiş olunur.

Bot işə salındıqda göstərilən müraciətdə SEPAH Fars körfəzi regionundakı ərəb ölkələrinin sakinlərini ABŞ və İsrail hərbçilərinin “yerləşdiyi məkanlar barədə məlumat” təqdim etməyə çağırır.

Qeyd olunur ki, göndərilən bütün məlumatlar İranın hərbi və kəşfiyyat strukturları tərəfindən diqqətlə yoxlanılacaq.

SEPAH iddia edir ki, belə addımlar regionda “təhlükəsizlik və sabitliyin bərpasına” kömək edə bilər.