BAKI, 14 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın planlaşdırılandan daha sürətlə davam etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

ABŞ lideri əməliyyatın nə vaxt başa çatacağı ilə bağlı konkret tarix açıqlamaqdan imtina edib.

“Bu barədə danışa bilmərəm. Mənim müəyyən təsəvvürüm var, amma bunun nə fərqi var. Əməliyyat nə qədər lazım olsa, o qədər davam edəcək. Müddət deməyəcəyəm”, - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, əməliyyat hazırda planlaşdırılan qrafikdən xeyli irəlidə gedir.