BAKI, 14 mart. TELEQRAF
İraqın paytaxtı Bağdadda şiə xalq səfərbərliyi dəstələrinin komandirlərindən biri öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, “Əl-Həşd əş-Şaabi” silahlı birləşməsinin liderlərindən biri şəhərin rayonlarından birində yerləşən evə edilən hücum zamanı həlak olub.
İraqın təhlükəsizlik xidmətlərindəki mənbələrin bildirdiyinə görə, hücum Bağdadın Əl-Ərasat rayonunda yerləşən binaya edilib. Qeyd olunur ki, demək olar eyni anda ən azı iki partlayış baş verib.
"Al Hadath"ın məlumatına əsasən, hücum nəticəsində şiə milis dəstəsinin komandiri ilə yanaşı daha bir neçə nəfər ölüb və ya yaralanıb.
"Al Jazeera" telekanalı isə bildirib ki, bombardmana məruz qalan binada “Əl-Həşd əş-Şaabi”nin 40-cı briqadasının qərargahı yerləşib.