BAKI, 14 mart. TELEQRAF

ABŞ yaxın vaxtlarda Hörmüz boğazında hərəkət edən neft tankerlərinin təhlükəsizliyini təmin etmək üçün onları müşayiət etməyə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.

ABŞ lideri bu açıqlamanı Florida ştatına uçmazdan əvvəl media nümayəndələrinin suallarını cavablandırarkən verib.

“Bu, tezliklə baş verəcək”, - deyə Tramp müvafiq suala cavabında bildirib.