
Avropa Birliyinin məsləhət şurası Rusiyaya qarşı sanksiyalar haqqında məsələnin müzakirəsini təxirə salıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Reuters agentliyi xəbər verib.
"Onlar hadisələrin necə inkişaf edəcəyini gözləməyi qərar verdilər, çünki hələ heç nə aydın deyil. Amma eyni zamanda, sanksiyalara aktiv hazırlıq gedir", - deyə Avropa diplomatlarından biri agentliyə bildirib.
İclasda iştirak edən 28 ölkə nümayəndəsi belə nəticəyə gəlib ki, Rusiya Ukraynaya görə Brüsselin tələblərini qismən yerinə yetirir.