BAKI, 15 yanvar. TELEQRAF

Ukraynanın yunan-Roma güləşi üzrə yığma komandasının keçmiş üzvü Andriy Yaremenko Rusiya ilə müharibədə həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Gənclər və İdman Komitəsi məlumat yayıb.

Yaremenko ötən il Ukrayna Silahlı Qüvvələrinə qoşulub və pilotsuz uçuş sistemlərinin operatoru kimi xidmət edib.

O, yeddi yaşından bəri yunan-Roma güləşi ilə məşğul olurdu. Yaremenko Ukrayna çempionatları və kuboklarının dəfələrlə mükafatçısı olub, beynəlxalq yarışlarda iştirak edib.