BAKI, 26 noyabr. TELEQRAF
Braziliyalı UFC döyüşçüsü Karlos Prates oktagona qayıdış tarixindən danışıb.
Teleqraf xəbər verir ki, 32 yaşlı idmançı dönüşünün bu il baş tutmayacağını deyib.
“Yanvarda döyüşmək istəmirəm, çünki Braziliyadakı karnavalı qaçırmaq istəmirəm. Əgər mənə döyüş təklif etsələr, hazır olacağam. Amma ideal variant fevraldan sonra geri qayıtmaqdır. Əslində, az qala dekabrın 30-da qarşılaşma keçirdim. Hansısa qreppinq liqası məni Arman Tsarukyanla döyüşməyə dəvət etmişdi. UFC isə bizim qarşılaşmağımıza icazə vermədi. Təəssüf, maraqlı olardı,” — deyə, Prates deyib.
Qeyd edək ki, noyabrın 16-da Prates Nyu-Yorkda keçirilən turnirdə Leon Edvardsa qarşı döyüşüb və ikinci raundda nokautla qalib gəlib.