BAKI, 12 oktyabr. TELEQRAF
Azərbaycanlı MMA döyüşçüsü Bəhram Rəcəbzadə karyerasını bitirib.
Teleqraf-ın məlumatına görə, o, bu qərarı “Glory" təşkilatının kəmər döyüşündə Tarik Kabezə məğlub olduqdan sonra verib.
Döyüşün ardından Rəcəbzadə ona qarşı haqsızlıq olduğu üçün karyerasını bitirdiyini açıqlayıb.
Qeyd edək ki, Bəhram Rəcəbzadənın aktivində 72 qələbə (64-ü nokaut) və 5 məğlubiyyət var.