
BAKI, 15 mart. TELEQRAF
Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.
Teleqraf verir ki, ilk yarış günündə Azərbaycan təmsilçisi Aysun Məmmədova qızıl medalın sahibi olub.
52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millinin aktivinə ilk medalı yazdırıb.
Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız cüdoçu ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.