
BAKI 14 mart. TELEQRAF
Azərbaycanın 12 cüdoçusu martın 21-də Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Böyük Dəbilqə turnirinə yollanır.
Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, üç gün davam edəcək yarışa 8 kişi, 4 qadın idmançı qatılacaq.
Cüdoçulara mötəbər turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.
Turnirdə 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.
Kişilər
-60 kq
Hüseyn Allahyarov
Murad Muradlı
-66 kq
Rəşad Yelkiyev
Nazir Talıbov
-73 kq
Rüfət Şövlətov
Qədir Hüseynov
-81 kq
Məhərrəm İmamverdiyev
-100 kq
Elmar Qasımov
Qadınlar
-52 kq
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
-70 kq
Südabə Ağayeva
Günel Həsənli.