BAKI, 5 mart. TELEQRAF

Azərbaycan Cüdo Federasiyası kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə yeni ACF Turuna start verir.

Teleqraf qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti belə yarış martın 6-da baş tutacaq. Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 40 klub və idman cəmiyyətindən olan 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cari ildə üç belə turnirin keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.