BAKI, 17 aprel. TELEQRAF

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Elm və Təhsil Nazirliyinin təklifi əsasında qəbul edilən qərara əsasən, bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına yeni bənd əlavə edilib. Beləliklə, ali təhsil müəssisələrində "6006046 – Daşınmaz əmlakın idarə olunması" ixtisası üzrə kadr hazırlığına başlanılacaq.