BAKI, 8 aprel. TELEQRAF
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Prezidentin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli sərəncamında dəyişiklik edilərək, Müşahidə Şurasının tərkibində “Azər Bayramov – maliyyə nazirinin müavini” sözləri “Anar Kərimov – maliyyə nazirinin birinci müavini” sözləri ilə əvəz olunub.