BAKI, 19 mart. TELEQRAF

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müavinlərinin sayı artırılıb.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 5-ə çatdırılıb.

Qeyd edək ki, daha öncə nazirin dörd müavini var idi.