BAKI, 2 mart. TELEQRAF

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin aparılması üçün vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, məsciddə təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və icrası məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,6 milyon manat vəsait ayrılıb.

Maliyyələşmənin təmin edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunub.

Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.