BAKI, 15 dekabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Adil Abdullayevə general-leytenant, Fərhad Səmədov, Seymur Qaraşova general-mayor, Vaqif İbrahimova isə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.

Teleqraf-ın məlumatına görə, Adil Abdullayev fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müavinidir.

O, 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Adil Abdullayev son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Fərhad Səmədov isə FHN-in Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisidir.

Seymur Qaraşov isə nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır. O, Lənkəranın icra başçısı Taleh Qaraşovun oğludur.

Vaqif İbrahimov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, bu vəzifəyə 2025-ci ildə gətirilib.