BAKI, 16 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 18-də “Hessen Sülh Mükafatı”nı almaq üçün Almaniyaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Ermənistan Baş naziri “sülh mükafatı”na Hessen əyaləti tərəfindən layiq görülüb.

Mükafatı Nikol Paşinyana Hessen parlamentinin sədri Astrid Vallmann təqdim edəcək, mərasimə Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Serap Güler də qatılacaq.

Mükafatın pul məbləği 25 000 avrodur.