BAKI, 27 avqust. TELEQRAF
Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə Nauru Prezidenti David Adeangi arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş nazir Administrasiyası məlumat yayıb.
İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiyadakı qondarma rejimləri “müstəqil dövlətlər” kimi tanınması qərarını ləğv etdiyinə görə Nauru Prezidentinə təşəkkür edib.
Gürcüstan Baş naziri iki ölkə arasında diplomatik münasibətlərin qurulması üçün danışıqlara başlamağa hazır olduğunu bildirib.
Telefon danışığı zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.