BAKI, 27 avqust. TELEQRAF
“Əgər Ermənistan vətəndaşları Robert Köçəryanın, Qaqik Sarukyanın, Samvel Karapetyanın və Serj Sərkisyanın sərvətlərini halal zəhmətlə qazandığını düşünürlərsə, onları müdafiə etmək üçün küçələrə çıxıb etiraz edə bilərlər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mən bunu tam ciddi deyirəm. Əgər belə düşünürlərsə, qoy bizi də inqilabla hakimiyyətdən uzaqlaşdırsınlar, onların sevimli və ən layiqli Robert Köçəryanını, Serj Sərkisyanı, Samvel Karapetyanı, Qaqik Sarukyanı hakimiyyətə gətirsinlər. Onları bu hökumət binalarında yerləşdirsinlər, bizi də aparıb “Respublika” meydanında dar ağacından assınlar”, - o əlavə edib.
Paşinyan vurğulayıb ki, bu ssenari ilə razıdır və xalqın qərarı onun üçün ümumiyyətlə müzakirə mövzusu deyil.