BAKI, 20 avqust. TELEQRAF
Müxalif “Güclü Ermənistan” partiyasının sədri və rusiyalı oliqarx Samvel Karapetyan Baş nazir Nikol Paşinyanı Ermənistan vətəndaşlığından imtina etməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu açıqlamanı brifinq zamanı Rusiya və Kipr vətəndaşlığından imtina prosesi ilə bağlı sualı cavablandırarkən verib.
“Niyə Paşinyandan Ermənistan vətəndaşlığından imtina etmədiyini soruşmursunuz? O, bu ölkəyə bəla gətirib, qoy bundan imtina etsin. Bu sualı ona verin”, - Karapetyan jurnalistlərə bildirib.