BAKI, 17 avqust. TELEQRAF
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanı təşkilatın müttəfiqi hesab edirlər”.
Teleqraf xəbər verir ki, bunu təşkilatın baş katibi Talatbek Masadıkov deyib.
“Ermənistan lap əvvəldən fəal və ahəngdar üzv dövlət olub, kollektiv potensialın gücləndirilməsinə layiqli töhfə verib. KTMT-yə üzv dövlətlər Ermənistanı hələ də təşkilatın müttəfiqi kimi qəbul edirlər”, - o bildirib.
Masadıkov qeyd edib ki, KTMT üzvləri Ermənistan tərəfinin birgə fəaliyyətdə tamhüquqlu iştirakının bərpası ilə bağlı bütün məsələləri, istisnasız olaraq, İrəvanla müzakirə etməyə hazır olduqlarını dəfələrlə təsdiqləyiblər.