BAKI, 30 iyun. TELEQRAF
“Əsas vəzifəmiz Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır, bunu bunu edə bilməsək, o, üç milyon ermənini Ermənistandan çıxaracaq”.
Teleqraf xəbər verir ki, bunu müxalif “Güclü Ermənistan” blokunun lideri, rusiyalı oliqarx Samvel Karapetyan deyib.
“İndi qərara gəlib hamımız birlikdə onu uzaqlaşdırsaq, daha yaxşı olmazdımı?”, - o bildirib.
Karapetyan Ermənistanda Paşinyandan daha az yaşadığına dair açıqlamalara belə cavab verib: “Görəcəyik, vacib olan gələcəkdə kimin yaşayacağıdır”.