BAKI, 30 iyun. TELEQRAF

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Türkiyəyə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ermənistan Baş nazir Nikol Paşinyanın qərarına əsasən, səhiyyə naziri Anahit Avanesyan iyulun 1-2-də İstanbula ezam olunacaq.

Səfərin məqsədi “Zəlzələlərin səhiyyəyə təsirinin azaldılması istiqamətində səhiyyə sistemlərinin hazırlığı və cavab tədbirləri” mövzusunda keçiriləcək nazirlər konfransında iştirak etməkdir.