BAKI, 12 iyun. TELEQRAF

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkə məhsullarının Rusiyaya ixracı ilə bağlı yaranmış problemləri müzakirə etmək üçün Moskvaya səfər etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə nazir parlamentdə çıxışı zamanı məlumat verib.

"İyun və iyul aylarında Rusiyaya bir-iki səfər nəzərdə tutulub. Həmin səfərlər çərçivəsində müxtəlif tədbirlərdə iştirak edəcəyəm və Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı məsələləri müzakirə edəcəyik", - G.Papoyan qeyd edib.