BAKI, 11 iyun. TELEQRAF

“Sərhədin delimitasiyası prosesi ilə bağlı bütün hüquqi proseslər yekunlaşdırılıb, bunlar Ermənistan və Azərbaycan üçün məcburi hüquqi qüvvəyə malikdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

“İndi “Tramp marşrutu”nun həyata keçirilməsinə fokuslanmalıyıq. Yəni dəmir yolunun, avtomobil yolunun və elektrik ötürücü xətlərinin həyata keçirilməsi artıq sülh deməkdir. Bu, sülhün institutsional şəkildə formalaşdırılmasının yollarından biridir.

Təsəvvür edin ki, Azərbaycan ərazisindən gedib-gəlirik, onlar da bizim ərazimizdən. Bu, sülhdür. Əlbəttə, sülh sazişinin imzalanması və ratifikasiyası, eləcə də digər məsələlər üzrə işləri davam etdirəcəyik”, - Baş nazir vurğulayıb.