BAKI, 10 iyun. TELEQRAF

“Rusiya Gürcüstanın iqtisadi dirçəlişinin əsas amillərindən biri olan Moskva-Tbilisi əlaqələrini dərinləşdirməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Tbilisinin xarici diktələrə son qoymaq və xarici tərəfdaşlarla bərabər, qarşılıqlı hörmət əsasında əlaqə qurmaq səylərini başa düşürük. Gürcüstanın iqtisadi dirçəlişinin əsas amillərindən biri olan Rusiya-Gürcüstan əlaqələrini dərinləşdirməyə hazırıq. Bunu təmiz ürəklə və açıq düşüncə ilə edirik.

Moskva qarşılıqlı hörmət əsasında Tbilisi ilə əməkdaşlığı genişləndirməyə açıqdır. Tbilisi ölkəyə suverenliyin qaytarılması, gürcü xalqının maraqlarının təmin edilməsi, ölkəsinin və xalqının ləyaqətinin qorunması lehinə qəti və şüurlu seçim edib”, - diplomat bildirib.