BAKI, 3 iyun. TELEQRAF

“Ermənistan artıq quberniya və dalan deyil, Ermənistan mərkəz və yol qovşağıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Xatırlayırsınızmı, müxalifət nə deyirdi? Deyirdilər ki, “Mehridən dəhliz verirlər”, “Mehrini təhvil verirlər” və sair. Bəs sonra nə oldu? Bu gün həmin sənədlər artıq açıqlanıb, (Azərbaycanla sülh sazişi) paraflanıb və ictimaiyyətə təqdim olunub. Orada aydın şəkildə qeyd edilib ki, “Tramp marşrutu” layihəsi Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək”, - Baş nazir söyləyib.