BAKI, 26 may. TELEQRAF
Rusiya Ermənistanın taleyinə görə sözdə deyil, əməldə narahat olub.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Moskva İrəvanla iqtisadi və humanitar əməkdaşlığın inkişafında maraqlıdır:
"Rusiya Ermənistanın taleyinə görə sadəcə sözdə narahat olmayıb, ölkənin inkişafına yönəlmiş siyasət yürüdüb. Biz bu regiondakı təhlükəsizlik çağırışları ilə bağlı məsələlərin qarşılıqlı hörmət əsasında həllinə sadiqik".