BAKI, 21 may. TELEQRAF

Ermənistanın müxalif “Mən hamıya qarşıyam” Partiyasının seçki siyahısından 50 namizəd geri çəkilmək üçün ərizə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Partiya MSK-ya 87 namizəddən ibarət siyahı təqdim edib.

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiqabağı kampaniya mayın 8-də başlayıb, iyunun 5-dək davam edəcək. Seçkilərdə iştirak üçün 19 siyasi qüvvə - 2 ittifaq və 17 partiya qeydiyyatdan keçib.