BAKI, 20 may. TELEQRAF

“Kaluqalı oliqarx Samvel Karapetyan Ermənistan baş naziri ola bilməz”.

Teleqraf xəbər verir k, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu adam gəlib Ermənistan Respublikasına rəhbərlik etmək iddiasındadır. O, nə deputat, nə də baş nazir vəzifəsinə namizəd ola bilər”, - Baş nazir qeyd edib.

Nikol Paşinyan rusiyalı oliqarxı oğurluqda ittiham edib:

“Bu insanlar oğrudur, quldurdur, onların ayıbları ortaya çıxacaq. Çünki mən onların quldur pəncələrini sındıracağam, çəkmə səviyyəsinə endirəcəyəm”.