BAKI, 20 may. TELEQRAF

Beynəlxalq media rusiyalı oliqarx Samvel Karapetyanın Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşı olduğuna dair danılmaz faktlar dərc edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Kaluqalı oliqarxı jurnalistlərin suallarına cavabında bu faktı inkar etməyib və nəşrin müəlliflərini məhkəməyə verməyə hazır olduğunu deməyib. Bunun bir səbəbi var: dərc olunmuş faktlar danılmazdır.

Kaluqalı oliqarxın sədaqətini qiymətləndirmək lazımdır. Hətta həvari Peter belə İsa Məsihi üç dəfə inkar etmişdi, amma kaluqalı oliqarx heç vaxt öz xüsusi xidmətini inkar etməyib. Çünki o, xarici xüsusi xidmət orqanlarının əməkdaşıdır”, - Baş nazir vurğulayıb.

“The Insider” bundan əvvəl Samvel Karapetyanın FSB Məlumat Mərkəzinin əməkdaşı olduğuna dair məlumat yaymışdı.