BAKI, 20 may. TELEQRAF

“Rusiya Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalmasına mane olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Suren Sərkisyan deyib.

O bildirib ki, Ermənistanın mövcud hakimiyyəti son səkkiz ildə Rusiyanın regionda və ölkədəki həyati maraqlarına qarşı heç bir fəal addım atmayıb:

“Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalır, Rusiya hələ də Ermənistanın ən böyük ticarət tərəfdaşıdır. Ermənistanın atom elektrik stansiyası hələ də Rusiya ilə birgə istismar olunur və Rusiya hərbi bazası Ermənistandakı mövcudluğunu davam etdirir. Buna görə də, suverenlik iddiaları və Rusiyanın təsirindən qurtulmaq üçün deyilənlər reallığa təsir göstərmir.

Aşağı və orta dairələrdəki şifahi mübahisələrə gəlincəə, bunlar yalnız ritorika çərçivəsindədir. Üstəlik, ən yüksək səviyyədə münasibətlər olduqca istidir, təmaslar aktivdir. Buna görə də, mən Ermənistan hakimiyyətini “Rusiya əleyhdarı” adlandırmazdım. Hətta deməzdim ki, Rusiya hazırkı Ermənistan hökumətinin qalmasına mane olacaq. Üstəlik, seçkilərdən sonra Nikol Paşinyanı qələbə münasibətilə birinci təbrik edən Rusiya Prezidenti Vladimir Putinin özü olsa, təəccüblənmərəm”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.