BAKI, 15 may. TELEQRAF

“17 may xüsusi gün olacaq. Bu il Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Baş nazir qeyd edib ki, hökumət bütün müvafiq mərasimlərdə iştirak edəcək.

“Mərasimə katolikos-patriarx III Şio rəhbərlik edəcək, buna görə də bu il ölkəmiz üçün xüsusi olacaq. Əlbəttə, hökumət bütün müvafiq mərasimlərdə iştirak edəcək”, - Kobaxidze bildirib.