BAKI, 13 may. TELEQRAF
“Türkiyə ilə Gümrü-Qars dəmir yolu da daxil olmaqla, sərhədin açılması istiqamətində işlərimizi davam etdiririk”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, hökumətin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
“İkitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Türkiyə tərəfindən tətbiq olunan yeni tənzimləmə sayəsində artıq Ermənistandan üçüncü ölkəyə, oradan Türkiyəyə və ya Türkiyədən Ermənistana eyni marşrutla göndərilən malların son təyinat yerini və ya mənşəyini göstərmək mümkün olacaq. Başqa sözlə, artıq Ermənistanla Türkiyə arasında heç bir gömrük rəsmiləşdirməsi olmadan birbaşa ticarət mümkündür. Gümrü-Qars dəmir yolu da daxil olmaqla, sərhədin açılması istiqamətində işlərimizi davam etdiririk”, - o bildirib.