BAKI, 12 may. TELEQRAF
Rusiya Gürcüstanla əməkdaşlığı genişləndirməyə və praktiki məsələləri konstruktiv şəkildə həll etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Rusiya və Gürcüstan təbii tərəfdaşlardır:
"Biz bundan sonra da Tbilisi ilə əməkdaşlığı inkişaf etdirməyə və praktiki məsələləri konstruktiv şəkildə həll etməyə hazırıq. Məsələn, dünən Rusiya hökuməti beynəlxalq daşımalarla məşğul olan gürcü sürücülər üçün vizasız qalma müddətini uzadıb".
M.Kaluqin əlavə edib ki, Moskva Gürcüstan hakimiyyətinin öz xalqının maraqlarını rəhbər tutacağını və ölkənin Rusiya ilə qarşıdurmaya sürüklənməsinə imkan verməyəcəyini gözləyir.