BAKI, 7 may. TELEQRAF

“Rusiya ictimaiyyəti Ermənistanın terrorçu (Ukrayna Prezidenti) Volodimir Zelenskiyə tribuna verməsini qəzəblə nəzərə aldı, bunu unutmayacaq”.

Teleqraf xəbər verir, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Rusiya cəmiyyətində dərin qəzəb və anlaşılmazlıq içində təkcə bunu yox, həm də həmişə dost-qardaş ölkə kimi qəbul etdiyimiz Ermənistanın kimə tribuna verdiyini gördü. Rusiya cəmiyyəti bunu unutmayacaq”, - o deyib.

Diplomat Ukrayna dövlət başçısını “terrorçu və nasist rejimin rəhbəri” adlandırıb.

Zaxarova əlavə edib ki, İrəvanda mayın 9-da Moskvaya PUA-larla zərbə endirəcəyinə söz verən Ukrayna Prezidenti ev sahibi tərəfindən dayandırılmayıb.

Rusiya rəsmisi vurğulayıb ki, Zelenskinin İrəvana səfəri erməni xalqına Avropa İttifaqının (Aİ) onun üçün hazırladığı taleyi göstərib:

“Zelenskinin İrəvana səfəri məhz Ermənistan vətəndaşlarına Avropa İttifaqının onlar üçün hazırladığı gələcəyi göstərdi. Ayaq üstə alqışlayıram. Xeyr, bu səhv deyil. Bu, əsl hədiyyədir. Ermənistan xalqına Brüsselin yetişdirdiyi tələbəni - Avropa İttifaqının “gənc demokratiyalar” adlandırılan ölkələrlə nə etdiyinin təcəssümünü göstərdilər”.

Mariya Zaxarova qeyd edib ki, Ermənistan Avropanın hərbiləşdirilməsi planlarına daxildir, onu da Aİ-nin anti-Rusiya cəbhəsinə yaxınlaşdıracaqlar.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün mayın 4-də Ermənistanda səfərdə olmuşdu.