BAKI, 7 may. TELEQRAF
“Gümrü-Qars (Ermənistan-Türkiyə) dəmir yolunun bərpası üzərində işləyirik, amma hazırda vaxt barədə heç nə deyə bilmərəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
Baş nazir məsələni infrastrukturun texniki vəziyyətinin qiymətləndirilməsinin aparılması zərurəti ilə izah edib. Paşinyan zaman-zaman texniki problemlərin aşkarlandığını söyləyib.
“Təxminən 40 ildir bu infrastrukturu lazımi şəkildə həll etməmişik. Ehtiyacları qiymətləndirib işə başlamalıyıq”, - o əlavə edib.
Xatırladaq ki, mayın 5-də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Gümrü-Qars dəmir yolunun tikintisinin mümkün qədər tez başlanmasında maraqlı olduqlarını açıqlamışdılar.