BAKI, 7 may. TELEQRAF

Rusiyalı oliqarx Samvel Karapetyan Ermənistan baş nazirliyinə namizəd ola bilməz.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

“Adını çəkdiyiniz şəxs tamamilə əhəmiyyətsizdir, o, nə baş nazirliyə, nə də deputatlığa namizəddir. Konstitusiya həmin şəxsin baş nazirliyə və ya deputatlığa namizəd olmasını qadağan edir”, - baş nazir jurnalistlərə deyib.

Paşinyan Karapetyanın saxtakar və onun namizədliyi ilə bağlı mediada yayılan iddiaların dezinformasiya olduğunu vurğulayıb.