BAKI, 4 may. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə ölkələr arasındakı münasibətlər müzakirə olunub. Hər iki ölkənin xarici işlər nazirləri də görüşdə iştirak ediblər”, - açıqlamada bildirilib..

Gürcüstan və Ukrayna hökumətlərinin nümayəndələri 2021-ci ildən bəri görüşməyiblər. 2021-ci ilin avqust ayında Gürcüstanın o vaxtkı baş naziri İrakli Qaribaşvilinin Kiyevə rəsmi səfəri zamanı Ukrayna Prezidenti ilə görüşmüşdü.