BAKI, 4 may. TELEQRAF
“9 May Qələbə Günü paradı zamanı Ukrayna dronları Moskva səmasında görünə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin toplantısında deyib.
“Rusiya bəyan edib ki, bu ilki paradda uzun illərdən sonra ilk dəfə hərbi texnika nümayiş etdirilməyəcək. Bu, onların əvvəlki qədər güclü olmadığını göstərir”, - Ukrayna lideri əlavə edib.