BAKI, 4 may. TELEQRAF
Avropa Siyasi Birliyinin 8-ci sammitinin keçirildiyi İrəvanda gələn Ukrayna Prezidenti Volodimir Zelenski erməni jurnalistlərin Azərbaycanla bağlı təxribatçı sualını cavabsız qoyub.
Teleqraf xəbər verir ki, o, Ukraynanın 44 günlük müharibə zamanı Azərbaycana fosfor bombaları verməsi iddiası ilə bağlı provokativ sualı cavablandırmaqdan imtina edib.
Sualı cavabsız qoyan Ukrayna lideri brifinq zonasından uzaqlaşıb.