BAKI, 28 aprel. TELEQRAF

İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə bir neçə gün qalarkən Ermənistanda Ukrayna Prezidenti Volodimir Zelenskinin bu məqsədlə ölkəyə gəlib-gəlməyəcəyi müzakirə mövzusuna çevrilib.

Teleqraf xəbər verir ki, Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobax yerli medianın dövlət başçısının mümkün səfəri ilə bağlı sualını cavablandırarkən məlumatı nə təsdiq, nə də təkzib edib.

Ukraynalı diplomat Volodimir Zelenskinin sammitə qatılıb-qatılmayacağı ilə bağlı suala konkret cavab verməyib:

“Prezidentimizi bu tədbirdə görməkdən məmnun olardım. Görəcəyik”.