BAKI, 27 aprel. TELEQRAF
“Ermənistanın bütün sərhədləri Sərhəd Qoşunlarının məsuliyyəti altında olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaranması günü münasibətilə çıxışında deyib.
O bildirib ki, sərhəd xidməti sülhün ən vacib simvoludur.
“Sərhəd Qoşunlarının yerləşdiyi yerdə təhlükəsizliyə daha çox inam olur. Məhz bu inam sayəsində dövlət sərhədin bu və ya digər hissəsini sərhəd mühafizəçilərinin xidmətinə təhvil vermək qərarına gəlib”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, Ermənistanın İran və Türkiyə ilə sərhədləri ikitərəfli razılaşma əsasında Rusiyanın Sərhəd Qoşunları tərəfindən mühafizə olunur.