BAKI, 15 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan 2022-ci ildən sonra xarici ölkələrdən alınan silahlar və hərbi texnikaların nümayiş etdiriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bunların mayın 28-də İrəvanda keçiriləcək hərbi paradda sərgilənəcəyini deyib.

“Məsələnin həll olunması üçün xalqımız qarşısında hesabatlı olmaq istəyirik. Son üç ildə Ermənistanın hərbi-sənaye kompleksi üçün 170 milyard dram dəyərində sifarişlər vermişik”, - Paşinyan bildirib.

Həmçinin o, bütün arsenalın göstərilməyəcəyini söyləyib:

“Kamuflyaj edilməli olanlar kamuflyaj ediləcək”.