BAKI, 14 aprel. TELEQRAF

“Rusiyalı oliqarx Samvel Karapetyan parlament seçkilərində qələbəsinə inanmadığı üçün Kipr və Rusiya vətəndaşlığından imtina etmir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib.

“Kaluqadan olan oliqarxın özü qarşıdan gələn seçkilərdə qalib gələcəyinə inanmır. Əslində, buna əmindir, ona görə də xarici vətəndaşlıqlardan imtina etmir. Əgər qələbəsinə inanırsa və əmindirsə, o zaman 24 saat ərzində xarici vətəndaşlıqlardan imtina etsin”, - Çaxoyan bildirib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.