BAKI, 14 aprel. TELEQRAF

“Rusiyalı oliqarx Samvel Karapetyan həm Ermənistan baş naziri olmaq istəyir, həm də Kipr və Rusiya vətəndaşlığından imtina etmək istəmir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.

“Əmin deyiləm ki, bu, onun çıxışı idi. Amma danışan özü idisə, 5 dəqiqə 20 saniyə danışdığına görə onu təbrik edirəm ki, insult keçirmədi. Ümid edirəm, gələcəkdə publik şəkildə özünə sual verilməsinə imkan yaradacaq. Əminəm ki, Samvel Karapetyan sizin suallarınızdan qorxmayacaq”, - o, rusiyalı oliqarxın internetdə yayılan videoçıxışını jurnalistlərə şərh edərkən bildirib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.